Müğənni Səidə Sultanın yarıçılpaq şəkili müzakirələrə səbəb olub. Müğənni Səidə Sultanın yarıçılpaq şəkili müzakirələrə səbəb olub.

“Yubka”sını qaldıran müğənni: “Yeni ildə özümə ər tapacam”

Müğənni Səidə Sultanın yarıçılpaq şəkili müzakirələrə səbəb olub.


Səidə Sultan AzNews.az-a açıqlamasında yubkasını iki tərəfdən sapla tavana bağlamasına aydınlıq gətirib:

"Bu şəkillər tədbirdə çəkilib. Şəkillərlə bağlı danışmaq istəmirəm. Mən Sultan Səidəyəm. Kimlərəsə görə heç vaxt dəyişməyəcəm. Necə varamsa elə də qalacam. Süni olub yalandan maska geyinməyəcəm. Kimlərəsə görə yaşamayacam. Kim nə deyir, nə danışır cəhənnəmə ki. Danışın, yazın, günahlarımı yuyun. Mən sözbazlıq görməmişəm. Sözbazlıq, qeybət, özündən razılıq, bir az pul görən kimi dəyişən insanlar, mən siz düşündüyünüz kimi deyiləm. Allaha çox şükür kiminsə ailəsini dağıtmamışam, kiməsə pislik, kimdənsə istifadə etməmişəm".

Səidə Sultan yeni illə bağlı arzularını da dilə gətirib: "Hələ subayam, hamı necə mən də elə. Yeni il qabağı özümə ər tapacam. Qismət Allahdan…"


Bahar RÜSTƏMLİ
AzNews.az