Dünyanın ən məşhur cütlüklərindən olan aktyor Orlanda Blum və pop ulduz Ketti Perri bir illik münasibətlərinə son qoyublar. Dünyanın ən məşhur cütlüklərindən olan aktyor Orlanda Blum və pop ulduz Ketti Perri bir illik münasibətlərinə son qoyublar.

Orlanda Blum və Ketti Perri ayrıldılar- FOTO

Dünyanın ən məşhur cütlüklərindən olan aktyor Orlanda Blum və pop ulduz Ketti Perri bir illik münasibətlərinə son qoyublar.

AzNews.az xəbər verir ki, bu gün qərb mətbuatı məşhur cütlüyün ayrılmaları ilə bağlı xəbərləri təsdiqləyib. Pop ulduz Ketti Perrinin meneceri lazımsız şaiyələrin qarşını almaq üçün xəbəri təsdiqləməyə məcbur olduqlarını açıqlayıb.

“Olanlara baxmayaraq, onlar arasındakı dostluq davam edir.”

Qeyd edək ki, cütlük arasındakı münasibətlərin bitməsiylə bağlı söz söhbətlər Ketti Perri və Orlando Blumun Oskar mükafatının təqdim etmə mərasiminə ayrılıqda gəlməsi və qarşı-qarşıya gəlməkdən qaçmalarından sonra yaranıb.

Xatırladaq ki, pop ulduz Ketti Perri və aktyor Orlanda Blum ötən ilk “Qızıl Qlobus” mükafatlarının təqdim etmə mərasimindən sonrakı əyləncə zamanı tanış olublar. Bundan sonra cütlük arasında sevgi münasibətləri yaranmışdı.