“Titanik” gəmisi ilə bağlı 10 bilinməyən fakt - FOTO

Böyük Britaniyaya məxsus “Titanik” gəmisinin tarixi əfsanələrlə doludur.

Hər kəsə məlumdur ki, bu gəmi Atlantik okeanının şimal hissəsində qəzaya uğrayaraq batıb. Gəmi aysberqlə toqquşaraq qəzaya uğramışdı. Lakin indi təqdim edəcəyimiz 10 fakt çoxlarına məlum deyil.

AzNews.az həmin faktları təqdim edir.

1. “Titanik”lə bağlı ilk film gəminin qəzaya uğramasından 29 gün sonra çəkilib. Filmdə baş rolu faciəvi qəzadan sağ xilas olan aktrisa ifa edib.

2. Gəminin göyərtəsində 12 it olub. Onlardan cəmi 3-ü sağ qalıb.

3. “Titanik” özü qəzaya uğradıqdan 73 il sonra aşkarlanıb.

4. Hazırkı dövrdə gəmilərin aysberqlərlə toqquşma ehtimalı həmin dövr ilə müqayisədə daha çoxdur.

5. “Titanik”də qəza nəticəsində həlak olanlar arasında “bal ayı” səyahətinə çıxan 13 cütlük olub.

6. Gəmidə ən bahalı nömrələrin qiymətini indiki dövrlə müqayisə etsək, indi həmin nömrələrin qiyməti 100 min dollardan çox olardı.

7. “Titanik”dən başqa heç bir gəmi indiyə qədər aysberqlə toqquşaraq batmayıb.

8. “Titanik”in tamamilə batması 2 saat 40 dəqiqə çəkib.

9. İfaçılar gəmi tamamilə batana kimi mahnı ifa ediblər.

10. “Titanik”in sərnişinləri arasında sonuncu dünyasını dəyişən şəxs 2009-cu ildə 97 yaşında dünyasını dəyişib. Gəmi qəzaya uğrayan zaman o 2.5 aylıq idi.

Bəxtiyar abbasov

AzNews.az