Azərbaycan ilbiz ixracına başladı - Fotolar

Proteini yüksək, xolestrolu az olan, insana yüksək enerji verən ilbiz əti bir çox xalqlar ərəfindən yeyilir.

AzNews.az Marja-ya istinadən xəbər verir ki, dünyada ilbiz ətinə olan təlabatın 70 faizi ödənilmir. Bir çox Avropa və Şərq ölkələrində ilbiz geniş istehlak olunur.

İlbiz ixracı ilə az sayda ölkə məşğul olur. Bu ildən Azərbaycan da ilbiz ixrac edən ölkələr karvanına qoşulacaq. Belə ki, Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri bu ildən ilbiz ixracına başlayıb. Şirkətin təsisçisi qeyd edib ki, ilbiz toplamağın gəlirli olduğunu bilən bir çox ailələr Bakıdan yenidən öz kəndinə qayıdıblar. Hazırda 30-dan çox kənddə ilbiz toplanır. İlbizlər Şamaxıdakı məntəqdə qəbul olunur. Kəndlilərdən ilbizin kiloqramı 50 qəpikdən alınır. Yağışdan sonra daha çox ilbiz toplamaq mümkündür. İlbiz qaldıqca çəki itirir. Buna görə, yığılmış ilbizlər tez emala verilir. İlk öncə zavodda ilbizlər isti buxarda prosesden keçir, ölçülərinə görə ayrılır və sonra yuyulur. Növbəti mərhələdə ilbizlər çanağından çıxarılır və bağırsaqları kəsilib atılır. Əldə edilən ət bişirilir və mənfi 35 dərəcədə şoklanıb dondurularaq mənfi 18 dərəcədə soyuducuda saxlanılır.

image description image description image description image description