Avstraliyada Monik Cefri adlı qadın işdə gülən zaman boyun fəqərələrindən biri qırılıb. Avstraliyada Monik Cefri adlı qadın işdə gülən zaman boyun fəqərələrindən biri qırılıb.

Necə güldüsə boynu qırıldı - Foto

Avstraliyada Monik Cefri adlı qadın işdə gülən zaman boyun fəqərələrindən biri qırılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Cefri dostlarından birinin zarafatına gülən zaman baş verib.

Dostları onu dərhal xəstəxanaya çatdırıblar.

Məlum olub ki, Cefri 2012-ci ildə də oxşar hadisə ilə üzləşib. Lakin həmin vaxt o, möhkəm asqırdığı üçün boyun fəqərəsini qırıb.

Həkimlər indiyə qədər bu cür pataloji hal ilə qarşılaşmadıqlarını bildiriblər.

Cefri indi həm gülməkdən, həm də asqırmaqdan qorxur.

Bəxtiyar Abbasov

AzNews.az