İvanka Tramp, Ayşat Kadırova, Leyla Əliyeva... - Prezidentlərin qızları necə geyinir? (Fotolar)

Ölkə prezidentlərinin xanımları ilə yanaşı, onların qızları da daim diqqət mərkəzindədir. Bu xanımlar hər zaman kübar, baxımlı görünməyə çalışırlar.

AzNews.az sizə prezidentlərin qızlarının geyim tərzi haqda məlumatları təqdim edirik:

ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp siyasi arenaya atası ilə birlikdə qədəm qoyub. O, atasının əsas məsləhətçisi, biznes - ledidir.

İvankanın qarderobunda qısa, dar ətəklər, bədəninin formasını təkrarlayan jaketlər, paltar-futlyara rast gəlmək olar.

İvankanın Carolina Herrera brendindən geyindiyi bahalı gümüşü rəngli libas qiymətinə görə cəmiyyətin qınağına səbəb olmuşdu. bu səbəbdən xanım Tramp daha ucuz geyimlərlə diqqət cəlb etməməyə çalışır.

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun qızı Ayşat Kadırova “Firdaws” moda evinin kreativ direktorudur.

Gənc və istedadlı xanım adət-ənənələrə sadiqdir. Bununla yanaşı geyimlərdə al-əlvanlığı, maraqlı aksesuarları da unutmur.

Ayşatın təşkil etdiyi ilk defiləyə rus elitasının məşhur nümayəndələri də təşrif buyurmuşdu.

Ayşat öz dizaynı ilə tikilmiş libaslarla yanaşı, Elie Saab və Valentino kimi dünyaca məşhur bahalı brendlərə də müraciət edir. Bu geyimləri o, yalnız ailə məclisləri üçün geyinir.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qızları Esra və Sümeyye Ərdoğan İslam qaydalarına uyğun geyinir. Yaşca böyük olan Esra daha çox ailəsinə, övladlarına vaxt ayırır, kiçik qız Sümeyye isə atası kimi siyasi arenada uğur qazanmağa çalışır.

Sümeyye atasının sağ qoludu, əksər rəsmi görüşlərdə də iştirak edir. O, Oksford universitetində politologiya fakultəsini bitirib. Onun geyim üslubu da siyasi imicinə uyğun gəlir.

Azərbaycan prezidenti İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva baxımlı və zövqlü görünməyi çox sevir.

Arzu Əliyeva xüsusi günlərdə dəbdəbəli libaslar geyinsə də, adi günlərdə daha sadə geyimlərə üstünlük verir.