Prezident və həyat yoldaşı məşhur cütlüyün nikah şahidi oldu - Fotolar

"Beşiktaş"ın futbolçusu Gökhan Töre ilə seriallarda rol alan məşhur aktrisa Əsra Bilgiç ailə həyatı qurub.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Beşiktaş"ın təcrübəli oyunçusu Gökhan Töre ilə Türkiyənin məşhur serialı "Diriliş Ertuğrul"da Həlimə Sultan obrazını canlandıran Əsra Bilgiç ailə həyatı qurub. Toy mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, "Beşiktaş"ın prezidenti Fikrət Orman, idarəçilər, texniki direktor Şenol Günəş, komanda yoldaşları, klarnet ifaçısı Serkan Çağrı və ailə dostları qatılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan toyda cütlüyün nikah şahidi olub.