Ailəli cütlük yeni il üçün yolka qurdu - Səhər ilanla qarşılaşdı + Foto

Avstraliyalı cütlük səhər yuxudan oyananda yeni il hədiyyəsi ilə qarşılaşıb.

AzNews.az xəbər verir ki, əvvəlcə qadın hədiyyənin ərinin ona sürpriz olduğunu düşünüb.

"Mən ərimi çağırdım. Ona bildirdim ki, belə sürprizlərlə səhər tezdən məni niyə qorxudur. O mənə heç bir sürpriz etmədiyini bildirdi. Biz tez kömək çağırdıq", - deyə qadın bildirib.

Ailəli cütlük yeni il üçün bəzədikləri yolkanın başında ilanı görərək çox qorxub, lakin sakit qalmağa çalışıblar. Onlar ilanı götürmək üçün mütəxəsis çağırıblar. Məlum olub ki, bu pələng pitondur. Bu ilan növü insan üçün heç bir təhlükə yaratmasa da cütlük səhər belə sürprizlə qarşılaşdıqları üçün çox qorxub.