- Köhnə - Günün fotosu
- 19 Fevral 2015 12:57
- 7 548
Beyonsa “sürpriz” - Ərinin oğlu peyda oldu (FOTOLAR)
ABŞ-ın məşhur müğənnisi Beyons həyat yoldaşı Cey Zidən gözlənilməz “sürpriz” alıb.
AzNews.az "The National Enquirer"ə istinadən xəbər verir ki, Cey Zinin 21 yaşlı oğlu Nekto Raymir Satterueyt peyda olub.
Nekto iddia edir ki, reper 90-cı illərdə onun anası ilə eşq macərası yaşayıb və nəticədə o, dünyaya gəlib.
Məlumata görə, Raymir öz atasını hələ 2014-cü ildə Nyu-Cersi şəhər məhkəməsinə verib. Reper isə atalıq testi keçməkdən imtina edib.
Beyonsun ərinin vəkilləri məlumatın həqiqəti əks etdirmədiyini deyirlər.


