- Köhnə - Günün fotosu
- 6 May 2015 11:33
- 6 139
YAP-dan növbəti ağacəkmə kampaniyası Nərimanovda (Fotolar)
Heydər Əliyevin yubileyi münasibəti ilə Bakının Nərimanov rayonunda Yeni Azərbaycan Partiyası və Nərimanov İcra Hakimiyyəti 15 hektar sahəni əhatə edən ərazidə yaşıllıq zolağı salıb.
AzNews.az-ın məlumatına görə, artıq yeddi ildir ki, ənənəvi olaraq davam edən ağacəkmə kampaniyası nəticəsində qeyd olunan ərazidə 5000-dən çox İtaliyadan gətirilmiş Leylandra və müxtəlif növ digər ağac və kol bitkiləri əkilib.Ənənənin davamı olaraq 6 may 2015-ci il tarixdə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində növbəti ağacəkmə kampaniyası keçirilib. Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Yeni Azərbaycan Partiyası rəhbərliyinin, Milli Məclisin deputatlarının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə 350-dən artıq müxtəlif növ ağac və kollar əkilib.