- Köhnə - Günün fotosu
- 10 May 2015 17:22
- 6 248
Birinci xanım və qızları körpələr evində - Fotolar
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evi əsaslı təmir və yenidənqurmadan sonra bu gün istifadəyə verilib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva körpələr evinin açılışında iştirak ediblər.
Azərbaycanın birinci xanımı körpələr evinin yataq, iaşə, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları ilə tanış olub. Birinci xanım Mehriban Əliyeva müəssisədə səhiyyə xidmətinin təşkili, həmçinin uşaqların səhhəti ilə maraqlanıb.
Burada valideyn himayəsindən məhrum olan 3 yaşa qədər 44 uşaq böyüyür. Onlar müntəzəm surətdə tibbi müayinədən keçirilir və hazırda səhhətlərində heç bir problem yoxdur.
Körpələr evinin kollektivə uğurlar arzulayan Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva müəssisəyə avtomobil hədiyyə etdilər.