Pikassonun bu əsəri rekord qiymətə satıldı - 179.4 milyon dollar

Dünyanın tanınmış rəssamı Pablo Pikassonun “Əlcəzairin qadınları” (Les femmes de Alger) adlı rəsm əsəri Nyu-Yorkun “Christies” hərracında rekord qiymətə - 179.4 milyon dollara satılıb.


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "24today" saytı yayıb.

Məlumata görə, bu əsər adı çəkilən hərracda satılan ən bahalı əsər kimi tarixə düşüb.

Əsərin start satış qiyməti 100 milyon dollara qoyulsa da sonradan onun uğrunda ciddi yarış gedib və nəticədə rekord qiymətə yeni sahibinə qismət olub.

Bu əsər uzun müddət ABŞ-lı kolleksioner Viktor və Salli Qantsa məxsus olub. Onlar 18 il bundan öncə əsəri Londondan olan kolleksionerə 31 milyon dollara satıblar.

"Əlcəzairin qadınları" əsəri Pikassonun şəxsi adamlarda olan yeganə əsəri hesab edilir. O, bu əsəri 1955-ci ildə öz dosti Anri Matissenin şərəfinə çəkib.

Qeyd edək ki, əsərin yeni sahibinin adı gizli saxlanılır.