Salyan rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Salyan rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Ələt-Astara magistralında qəza - 3 yaralı

Salyan rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.


AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun Salyanın Quyçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyanın Sarvan kənd sakini, 53 yaşlı Xudayar Allahyar oğlu Əzimovun idarə etdiyi "Qazel" markalı yük maşını hərəkətdə olarkən əks istiqamətdən gələn "Mitsubishi" markalı avtomobillə toqquşub. Nəticədə "Qazel"in sürücüsü və minik avtomobilində olan Şirvan şəhər sakinləri - 55 yaşlı Xudaş Qayım oğlu Ağamalıyev, 52 yaşlı Qeys Vəkil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.