Qəza törədən sərxoş sürücü döyüldü

Dünən axşam 21 radələrində Şamaxı yolunun Sulutəpə qəsəbəsindən keçən hissəsində, Pivə zavodunun yaxınlığında "Mersedes" markalı avtomobil qəza törədib. Avtomobil qarşıdakı maşına çırpılaraq xəsarətə səbəb olub.

Qəzanı törədən avtomobilin sürücüsünün sərxoş vəziyyətdə olması hadisədə yararsız vəziyyətə düşən avtomobilin sürücüsünü və sərnişinlərini qəzəbləndirib. Onlar maşını sərxoş vəziyyətdə idarə edən sürücüyə hücum edərək onu döyüblər.

Hadisə yerinə gələn dövlət yol polisi əməkdaşları qəzəbli sürücü və sərnişinləri sakitləşdirərək döyülən sürücünü hadisə yerindən uzaqlaşdırıblar.

Şahidlərin sözlərinə görə, sürücü və sərnişinləri qəzəbini cilovlaya bilməməsinə səbəb sərxoş sürücünün qəzanın qarşısını almaq üçün heç bir cəhd göstərməməsi, əyləc sistemindən istifadə etməməsi və arxadan vurulan "Mersedes" markalı maşının kifayət qədər bahalı olması olub.

Ancaq qəza nəticəsində maşın yayarsız vəziyyətə düşdüyündən sürücü qəza törədən şəxsi ancaq yeni avtomobil alacağı təqdirdə bağışlayacağını bildirib.

Elnur Əzimov
AzNews.az