- Siyasi müzakirə
- 20:39
- 1 819
"İran əməliyyatı ABŞ daxilində narazılıq yaradıb" – Azad Məsiyev
"ABŞ-nin strateji məqsədi İranda hakimiyyəti dəyişib öz nəzarətinə keçirmək istəyir. Amma aparılan hərbi əməliyyatlar onu göstərdi ki, uzaq mənzilli raketlərlə ayrı-ayrı strateji obyektləri vurmaqla, dövlət və ictimai xadimləri qətlə yetirməklə İranda hakimiyyəti dəyişmək qeyri-mümkündür. İranda hakimiyyəti dəyişib öz nəzarətinə keçirmək üçün mütləq şəkildə quru əməliyyatları lazımdır ki, bu da ABŞ təkbaşına bu əməliyyatı apararsa, bir növ, bataqlığa girmiş olacaqdır ABŞ planına görə. İranda quru əməliyyatını aparması üçün İranın qonşu olan dövlətlərlə İran arasında bir münaqişənin başlanması planlaşdırılmış ki, bu da baş tutmadı. Məsələ burasındadır ki, Tramp hakimiyyəti bu cür əməliyyatı uzun müddətə apara bilməz. Uzun müddətdə belə bir hərbi əməliyyat aparılarsa, mütləq şəkildə Konqresdən icazə alınmalıdır, Konqresdən razılıq olmalıdır. Eyni zamanda aparılan bu əməliyyat ABŞ-nin ictimaiyyətində böyük bir narazılığa səbəb olub. Bu da ondan irəli gəlir ki, aparılan sorğular onu göstərir ki, Trampın reytinqi ABŞ-də ən aşağı həddə enibdir, təxminən 30%-ə düşüb. Bundan başqa, ABŞ-də Trampa respublikaçılara müxalif olan Demokratlar Partiyası aparılan bu əməliyyatdan öz siyasi məqsədləri üçün maksimum təbliğat qurubdur".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Qeyd edək ki, ABŞ və İran arasında müzakirə olunan 45 günlük atəşkəs ehtimalı Yaxın Şərqdə onsuz da həssas olan güc balansını yenidən gündəmə gətirir. Regionda davam edən gərginlik fonunda belə bir fasilə yalnız hərbi deyil, həm də siyasi və diplomatik müstəvidə mühüm nəticələr doğura bilər. Belə bir atəşkəs tərəflərə mövcud vəziyyəti yenidən dəyərləndirmək, mövqelərini gücləndirmək və növbəti mərhələ üçün strategiyalarını müəyyənləşdirmək imkanı yarada bilər. Eyni zamanda, bu müddətin münaqişənin gələcək istiqamətinə təsiri regional güc balansında qısamüddətli sabitlik və ya yeni eskalasiya riskləri ilə müşayiət oluna bilər.
Siyasi şərhçi qeyd edib ki, 2026-cı ilin payızında ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərində Demokratlar Partiyası qalib gələrsə, Trampın impiçment məsələsi gündəmə gələ bilər.
"Ümumilikdə Tramp düşdüyü vəziyyətdən çıxmaq üçün müxtəlif şou xarakterli bəyanatlar verməklə atəşkəs əldə etmək istəyir. Çünki payıza qədər təşviqat apararaq Konqres seçkilərində uğur əldə etmək istəyir ki, Respublikaçılar Partiyası bu prosesdə məğlubiyyətə düçar olmasın. Buna görə müxtəlif bəyanatlar verməklə, şou xarakterli çıxışlar etməklə ABŞ bu İranla aparılacaq danışığı süni şəkildə atəşkəs layihəsini gerçəkləşdirmək istəyir. Məsələ burasındadır ki, Tramp hakimiyyətinin apardığı bu cür siyasət, İran üzərində apardığı hərbi əməliyyatlar Trampın öz komandasında ciddi narazılıqlara səbəb olub və bir neçə siyasi xadimlər, dövlət adamları istefa verərək Trampın bu siyasətinə öz etirazını bildirmişdir. Xatırlatmaq yerinə də düşər ki, artıq ABŞ-də belə bir təbliğat aparılır ki, Tramp yəhudi lobbisinin təsiri dairəsində idarə olunur. Artıq ABŞ-ni idarə edən yəhudi lobisidir və proses onu göstərir ki, İranla aparılan hərbi əməliyyata ABŞ-ni təhrik edən İsrail olubdur. Proses ondan ibarətdir ki, uzun müddətdir ABŞ ilə İsrail arasında bir strateji müttəfiqlik var və İranda hakimiyyəti dəyişmək üçün uzun müddətdir birgə böyük plan işlənilirdi. Bu əməliyyatlarda Trampın müttəfiqləri NATO bloku arasında bir çatlar yaranıb. Müttəfiqləri Tramp hökumətinə qarşı, Amerikaya qarşı artıq açıq çağırışlar edir. Çünki hərbi əməliyyatlar nəticəsində Hörmüz boğazının bağlanması ümumilikdə Avropa iqtisadiyyatına ciddi təsir edib, ABŞ-nin müttəfiqləri olan, əsasən də Avropa Birliyi daxil olan dövlətlər bu Hörmüz boğazının bağlanmasından ən böyük ziyan çəkən dövlətlər olubdur. Artıq Avropada enerji qiymətləri kəskin şəkildə artıb, neftin qiyməti sürətlə qalxır. Yəni bu plan – Hörmüz boğazının bağlanması – bir daha Trampın apardığı bu əməliyyata böyük bir zərbə vurdu. ABŞ hərbi müstəvidə İranı hədəfləyərək ayrı-ayrı obyektlərini vursa da belə, siyasi müstəvidə məğlubiyyətə düçar olub. Həm beynəlxalq ictimaiyyətdə, həm də ABŞ-nin daxili auditoriyasında böyük etirazlara səbəb olub və bunun da nəticəsində Trampın reytinqi sürətlə enməkdədir. Respublikaçılar Partiyası qarşıdan gələn Konqres aralıq seçkilərində məğlubiyyətə uğraya bilər və bu da strateji baxımdan Tramp hakimiyyətinə böyük zərbədir. Çünki əgər Konqres seçkilərində demokratlar mütləq çoxluq qazanarsa, onda Trampın impiçment məsələsi gündəmə gələ bilər. Bu, həm Trampın apardığı avantürist siyasət, dünya iqtisadiyyatında xaos yaratması, həm də ABŞ-nin müttəfiqləri arasında böyük narazılığa səbəb olması ilə əlaqədardır və Trampın impiçment məsələsi gündəmə gələ bilər. Trampın bu cür siyasəti artıq NATO blokunda çatlar yaradıb, müttəfiqləri artıq ABŞ-nin apardığı siyasətə qarşı çıxış edir. Trampın apardığı siyasət nəinki ABŞ-yə və müttəfiqlərinə böyük bir zərbə vurur, Avropanı çökdürür, belə olan təqdirdə artıq ABŞ-nin dərin dövləti Trampın bu cür fəaliyyətinə qiymət verəcəkdir. Yəni Demokratlar Konqresdə çoxluq təşkil edərsə, onda Trampın hakimiyyətdən uzaqlaşdırılması bir an məsələsi olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az