Tovuzda yoldan çıxan avtomobil kənd sakininin həyətinə düşüb. Tovuzda yoldan çıxan avtomobil kənd sakininin həyətinə düşüb.

Tovuzda maşın hamamın üstünə düşdü - Ölən var

Tovuzda yoldan çıxan avtomobil kənd sakininin həyətinə düşüb.



Musavat.com xəbər verir ki, hadisə Tovuz - Böyük Qışlaq avtomobil yolunun Əsrik Cırdaxan kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini 53 yaşlı İsmayıl Məhərrəmov "Niva" markalı avtomobillə Tovuz şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yol kənarındakı həyətə açıb. Həyətdəki evə bitişik hamamın üstünə yuvarlanan avtomobil yararsız hala düşüb.

Ağır xəsarətlər alan sürücü İsmayıl Məhərrəmov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.