Kürdəmirdə “Hyundai“ aşdı - 2 yaralı

Kürdəmirdə xəsarət ilə nəticələnən yol qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında Bakı- Qazax əsas magistral yolunun 196-cı kilometrliyinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini Sakit Yusif oğlu Cəfərov idarə etdiyi "Hyundai" markalı minik maşını ilə hərəkətdə olarkən, maşının idarəetməsini itirib və yoldan çıxaraq aşırıb.

Nəticədə maşında olan sərnişinlər, Bakı şəhər sakinləri, 51 yaşlı Reyhan Həmid qızı Abdullayeva və 12 yaşlı Fidan Aydın qızı Kərimli müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili olaraq Kürdəmir Mərkəzi Rayon xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.