Göygöl rayonunda iki ev yandı

Göygöl rayonu, Şəhriyar kəndində iki ev yanıb.


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 171 kv.m olan ikimərtəbəli 3 otaq, aynabənddən ibarət evin yanar konstruksiyaları, damına yığılan 5 ton ot bağlamasının 3 tonu və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 91 kv.m olan ikimərtəbəli 5 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsinin yanar konstruksiyaları 46 kv.m sahədə, damına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. Bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 08:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.