Bir həftə əvvəl Saatlı rayonunda qidadan zəhərlənən şəxs dünyasını dəyişib. Bir həftə əvvəl Saatlı rayonunda qidadan zəhərlənən şəxs dünyasını dəyişib.

Qidadan zəhərlənən qadın bir həftə sonra xəstəxanada öldü

Bir həftə əvvəl Saatlı rayonunda qidadan zəhərlənən şəxs dünyasını dəyişib.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu gün Saatlı rayonunun Sarıcalar kənd sakini, bir həftə əvvəl kolbasadan zəhərləndiyi bildirilən 59 yaşlı Mədinə Ədim qızı Abbasova vəfat edib.

Qeyd edək ki, fevralın 1-də Sarıcalar kəndində bir ailənin 3 üzvü - 26 yaşlı Zümrüd Şakir qızı Əsgərova, 5 yaşlı Zəhra Yusif qızı Əsgərzadə və 59 yaşlı Mədinə Ədim qızı Abbasova qidadan zəhərlənmə diaqnozu ilə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlara lazımi tibbi yardım göstərilsə də, M. Abbasova fevralın 7-də səhər saatlarında dünyasını dəyişib.

Onların kolbasadan zəhərləndiyi bildirilir. O da qeyd olunur ki, dünyasını dəyişən qadın vərəm xəstəsi olub.