Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Tovuzda avtomobil piyadanı vurdu

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.


Hadisə bu gün səhər saatlarında rayonun Aşağı Öysüzlü kəndinə gedən yolda qeydə alınıb. "VAZ" markalı avtomobil yolu keçmək istəyən kənd sakini, 1988-ci il təvəllüdlü Mətləb Həsənovu vurub. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ağır qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub.

Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

APA.az