Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Oğulun kəsdiyi ağac - Atasının həyatına son qoydu

Göyçay rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.


AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Göyçayın Bəydövül kəndində qeydə alınıb. Kənd sakini, 1947-ci il təvəllüdlü Xudiyev Əli Əlibala oğlu yaşadığı evin həyətində kəsilərək yerə yıxılan qovaq ağacının altında qalaraq ölüb

İri gövdəli ağac Əli Xudiyevin oğlu və qonşuların birgə iştirakı ilə kəsilib. Onlar 69 yaşlı kişinin bağda gəzişərək kəsilən ağaca yaxınlaşmasından xəbərsiz olublar və qəflətən yıxılan ağac bədbəxt hadisəyə səbə olub.

Mərhumun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.