- Köhnə - Hadisə
- 16 Fevral 2016 09:47
- 2 382
Nərimanovda ev yandı

Bakı şəhərində mənzillərin birində yanğın baş verib.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin 1 otağında kondisioner, televizor yanıb və otağın döşəməsi 1 kv.m sahədə qarsalanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.