Hadisə şəhərin "sovxoz Nizami" deyilən ərazisində baş verib. Hadisə şəhərin "sovxoz Nizami" deyilən ərazisində baş verib.

Gəncədə qadın tanımadığı şəxs tərəfindən döyüldü

Hadisə şəhərin "sovxoz Nizami" deyilən ərazisində baş verib.


Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, şəhər sakini 25 yaşlı Afaq Şəmməliyeva xəstəxananın travmatologiya şöbəsinə gətirilib. Həkimlərin müayinəsi zamanı onun sifətinin sol hissəsinin, çənəsinin əzilməsi, eləcə də sol qoltuq altının və sol döş vəzinin kəsilmiş deşilmiş yarası aşkarlanıb. Yaralı dərhal əməliyyat olunub. Vəziyyəti orta -ağır qiymətləndirilir. Afaq Şəmməliyevanın sözlərinə görə, o, yol ilə gedərkən tanımadığı avtomobil yanında saxlayıb və onu döyüblər. Faktla bağlı araşdırma aparılır.

Şahin Quluyev –həkim: "Xəstənin sözlərinə görə, mağazaya gedərkən tanımadığı şəxslər tərəfindən vurulub. Xəstəyə ilkin cərrahi yardımlar edilib, yaralar işlənilib. Hal-hazırda sonrakı müayinə üçün şöbəyə yerləşdirilib".

Kəpəz.az