“Həkim gələnə kimi İlhamə xanım xırıldamağa başlayıb” - Fotolar + Video

Əli Mirəliyev Xalq artisti İlhamə Quliyevanın ölüm səbəbləri ilə bağlı jurnalistlər açıqlama verib.


AzNews.az xəbər verir ki, Ə.Mirəliyev İlhamə Qulyevanın halının səhər saatlarında pisləşdiyini və köməkçisinin ona zəng etdiyini bildirib: "Dedilər ki, tez gəlin. İlhamə xanımın vəziyyəti yaxşı deyil. Məni və qızım Samirəni çağırıb. Biz gələnə kimi həkim çağırıblar. Həkim gələnə kimi isə İlhamə xanım başlayıb xırıldamağa. Biz gələndə isə gördük ki, keçinib".

Ə.Mirəliyev İ.Quliyevanın şəkərdən əziyyət çəkdiyini deyib: "Təzyiqi var idi. Ayaqları və böyrəkləri son günlər işləmirmiş".