Yeniyetmə 85 yaşlı qadına təcavüz etdi

Ukraynada 85 yaşlı qadın nəvəsi yaşda oğlan tərəfindən təcavüzə məruz qalıb. Özünü qonşü kimi təqdim edən şəxs qadının evinə girərək onu zorlayıb və sonra da yaşlı qadını balta ilə hədələyərək olan-qalan pulunu əlindən alıb qaçıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı saxlamağa müvəffəq olublar. Araşdırma nəticəsində məlum olub ki, yeniyetmə bundan öncə də mobil telefon oğurladığı üçün məhkum olunub və bu cinayətinə görə 2 il şərti cəza alıb.

AzNews.az