Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qubada ağır qəza - 2 ölü, 1 yaralı

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə rayonun Qırız-Dəhnə kəndində qeydə alınıb. Xınalıq kənd sakini Elvin Məlikov idarə etdiyi "VAZ-2121" markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişinləri, həmyerliləri Elşən Yarməmmədov və Şahin Bahaddinov hadisə yerində ölüb, özü isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Quba rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

teleqraf.com