Xaçmazda qəza - 2 nəfər öldü

Xaçmaz rayonu ərazisində ağır yol qəzası baş verib.


AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba-Xaçmaz magistral avtomobil yolunun 15–ci km-də Xaçmaz rayonu ərazisində "Mercedes" markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Şimal Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılan vəziyyətdə qalan 1987-ci il təvəllüdlü Yusifov Yusif Rəsul oğlunun və 1985-ci il təvəllüdlü Babayev Rövşən İbrahim oğlunun cəsədlərini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 2:58-də başa çatıb.