Bir ay əvvəl həbsxanadan çıxan şəxs ölü tapıldı - Yeniləndi

Gəncədə kişi meyiti aşkar edilib.


AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, saat 22 radələrində Gəncə şəhərinin mərkəzində naməlum kişi meyiti aşkar olunub.

Cəsəd şəhərin Heydər Əliyev prospektində tapılıb.

Əraziyə polis əməkdaşları və TTYX-nın həkimləri cəlb olunub.

Hadisənin səbəbi və ölən şəxsin kimliyi aparılacaq araşdırmalardan sonra mıəlum olacaq.

22:59
***

Apa-nın məlumatına görə, əraziyə gələn hüquq mühafizə orqanlarının əməkdaşlarının apardığı araşdırma zamanı məlum olub ki, ölən şəxs 1960-cı il təvəllüdlü Gəncə şəhər sakini Zakir Əliyevdir. Onun üzərində heç bir zorakılıq əlaməti olmayıb. "Zaxar" ləqəbli Z. Əliyevin bir ay bundan əvvəl həbsxanadan çıxdığı bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.