1 nəfər öldürüldü, digəri isə həbs edildi 1 nəfər öldürüldü, digəri isə həbs edildi

Rusiyada azərbaycanlılar arasında daha bir silahli insident

1 nəfər öldürüldü, digəri isə həbs edildi



Dünən axşam saatlarında Rusoiyanın Sankt-Peterburq şəhərində bir azərbaycanlının ölümü, digərinin isə həbs olunması ilə nəticələnən hadisə baş verib.

Peterburqdakı kafelərdən birində azərbaycanlılar arasında baş verən qarşıdurma barədə Rusiya KİV-nin yaydığı məlumatı hüquq-mühafizə orqanları təsdiqləyib. Hadisədə şübhəli bilinən 32 yaşlı Qaraca Zamanov həbs edilib. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci bəndi ilə cinayət işi açılıb.

Polisin versiyasına görə, noyabrın 11-də mübahisə zəminində Zamanov öz həmyerlisinə odlu silahdan atəş açıb. Həmin şəxs isə başından aldığı güllə yarasından təcili yardım gələnə qədər dünyasını dəyişib.

Elnarə Əlosmnaqızı
AzNews.az