Bakıda yol polisi əməkdaşını maşın vurub. Bakıda yol polisi əməkdaşını maşın vurub.

Yol polisini maşın vurdu - Bakıda

Bakıda yol polisi əməkdaşını maşın vurub.


Şahidlərin verdiyi məlumata görə, hadisə bu gün saat 17.30 radələrində "Azneft" dairəsində qeydə alınıb. Polisin "saxla" əmrinə tabe olmayan "Daewoo" markalı avtomobil xidmətdə olan yol polisi inspektorunu vuraraq ərazidən uzaqlaşıb. Xəsarət alan polis əməkdaşı xəstəxanaya aparılıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törədən sürücü Bayraq Meydanı yaxınlığında saxlanılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən faktı təsdiqləyiblər. Xəsarət alan polis əməkdaşının Nəsib Həsənov olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

APA.az