- Köhnə - Hadisə
- 1 Aprel 2016 09:19
- 2 531
Bakıda maşın yandı

Sabunçu rayonunda avtomobil yanıb.
AzNews.az Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 3:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.