Paytaxtın Sabunçu rayonunda yol qəzası baş verib. Paytaxtın Sabunçu rayonunda yol qəzası baş verib.

“MAZ” markalı yük avtomobili qəzaya düşdü - Sürücü yaralandı

Paytaxtın Sabunçu rayonunda yol qəzası baş verib.


Sabunçu-Zabrat yolunda hərəkətdə olan "MAZ" markalı yük avtomobilində nasazlıq yaranıb. Nəticədə sürücü idarəetməni itirib və yük maşını yol kənarındakı səkiyə çırpılıb. Zərbənin təsirindən sürücü oturacağı ilə birlikdə avtomobildən çıxaraq yol kənarına düşüb. Nəticədə sürücü xəsarətlər alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Hadisə yerinə yol polis əməkdaşları və Sabunçu Rayon Polis idarəsinin müstəntiqi gəlib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

APA.az