Mart ayında Xəti rayonu Naximov küçəsində yerləşən evdə baş vermiş yanğın hadisəsi zamanı ağır xəsarət almış qadın vəfat edib. Mart ayında Xəti rayonu Naximov küçəsində yerləşən evdə baş vermiş yanğın hadisəsi zamanı ağır xəsarət almış qadın vəfat edib.

Yaşayış binasında yanğın - 49 yaşlı qadın öldü (Yenilənib)

Mart ayında Xəti rayonu Naximov küçəsində yerləşən evdə baş vermiş yanğın hadisəsi zamanı ağır xəsarət almış qadın vəfat edib.


Müxtəlif dərəcəli yanıq xəsarətləri alın 1967-ci il təvəllüdlü Mehdiyeva Mədinə Cümşüd qızı Respublika Yanıq Mərkəzində həkimlərin səyinə baxmayaraq keçinib.

Bildirilir ki, yanğından sonra xəstəxanaya gətirilən qadının adı əvvəlcə Süsən Mehdiyava kimi qeyd edilsə də, sonrakı dəqiqləşdirmələrdən sonra onun adının Mədinə olduğu üzə çıxıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Lent.az

***
10:03

Paytaxtın Xətai rayonunda mənzildə yanğın olub.

AzNews.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 92 kv.m olan 2 otaqlı mənzilin mətbəxində 4 kv.m sahədə mətbəx mebeli və paltaryuyan maşın yanıb.

Mənzil yanğından mühafizə olunub. Yanğın saat 01:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.