Ofisantlar toya gələn qonağı - Döydülər

Hadisə şənbə günü şəhərdə faliyyət göstərən şadlıq saraylarından birində baş verib.


Toy məclisində qonaq olan şəhər sakini 23 yaşlı Asif Əliyev ofisantlar tərəfindən döyülüb. Asif əliyevin bildirdiyinə mübahisəyə səbəb onun ailəsinə məxsus əl telefonunun ofisantlar tərəfindən götürülməsi səbəb olub.

Telefonunu tələb edən Asif Əliyevə ofisantlar yumuruqla cavab verib.

Aldığı xəsarətlərdən zərərçəkən Gəncə şəhər TTYX-ya gətirilib.

Faktla bağlı Kəpəz rayon polis şöbəsi tərəfindən araşdırmalara başlanılıb.

kepeztv.az