Ermənistanda 2 hərbçi döyüş yoldaşı tərəfindən öldürülüb. Ermənistanda 2 hərbçi döyüş yoldaşı tərəfindən öldürülüb.

Erməni əsgərlər öz döyüş yoldaşlarını güllələdi – 2 ölü

Ermənistanda 2 hərbçi döyüş yoldaşı tərəfindən öldürülüb.


AzNews.az erməni KİV-lərinə istinadən xəbər verir ki, öldürülərdən biri müddətli hərbi xidmətdə olan əsgər Sapartak Kalaşyandır.

Hadisənin səbəblərinin araşdırılması üçün istintaq başaldılıb. Cinayət işi çərçivəsində 1 nəfər saxlanılıb.

İlkin istintaq nəticəsində əldə olunan məlumata görə, dünən səhər saatlarında Ermənistan hərbi hissələrindən birində əsgər Bareyanın silahını təmizləyərkən silahdan istifadə qaydalarını pozması nəticəsində atəş açılıb. Nəticədə digər əsgər Spartak Kalaşyan baş nahiyəsindən ölümcül yara alıb.

Bundan əlavə, müddətli hərbi xidmətdə olan daha bir erməni əsgər Karen Aqabekyanın ölüm faktı ilə bağlı da cinayət işi başladılıb. İlkin məlumata əsasən, dünən günorta saatlarında "UAZ" avtomobilinin sərnişini, müddətli hərbi xidmətdə olan əsgər P.Eqoryan silahdan istifadə qaydalarını pozduğu üçün maşında atəş açıb. Nəticədə sözügedən maşının sürücüsü Karen Aqabekyan döş qəfəsinin sağ hissəsindən ölümcül güllə yarası alıb. Eqoryan saxlanılıb.

Hər iki ölüm faktı üzrə silahdan istifadə qaydalarını pozmaq nəticəsində insan ölümünə səbəb olmaq maddəsiylə cinayət işi açılıb.

Aydan AXUNDOVA