Sabirabadda yanğın hadisəsi qeydə alınıb. Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

Sabirabadda ev yandı

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Çığırğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 52 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.