Restoranda partlayış - 14 nəfər həlak oldu

Çinin şimal-qərbindəki Şansi əyalətində restoranda baş vermiş partlayış nəticəsində 14 nəfər həlak olub, 47 nəfər isə yaralanıb. Bu barədə APA Sinxua agentliyinə istinadən məlumat verir.

Partlayış Tszinçjun şəhərindəki restoranlardan birində baş verib. Partlayış nəticəsində ikimərtəbəli bina sıradan çıxıb, yaxınlıqdakı tikililərə ziyan dəyib.
Partlayış nəticəsində 6 nəfər yerində, 8 nəfər isə xəstəxanada keçiniblər. Yaralılardan 17 nəfərin vəziyyəti ağırdır.

AzNews.az