Salyanın Arbatan kəndi ərazisində çaqqal dişləməsi hadisəsi baş verib. Salyanın Arbatan kəndi ərazisində çaqqal dişləməsi hadisəsi baş verib.

Çaqqal 46 yaşlı kişiyə hücum etdi - Salyanda

Salyanın Arbatan kəndi ərazisində çaqqal dişləməsi hadisəsi baş verib.


Salyan şəhəri, İsa Quliyev küçəsində yaşayan 46 yaşlı Talıb Mirzağa oğlu Hüseynov Arbatan kəndinə gedərkən çaqqal hücumuna məruz qalıb.

Yırtıcı, kişinin sol qıç nahiyəsindən dişləyərək ona xəsarət yetirib. Zərərçəkən Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən quduzluğa qarşı vaksin vurduqdan sonra o, ambulator müalicəyə buraxılıb.


Report.az