- Köhnə - Hadisə
- 4 Avqust 2016 19:23
- 2 204
Bakıda iki maşın toqquşdu - Biri yandı
Paytaxtda yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" və "Opel" markalı minik avtomobillərinin toqquşmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yanğın nəticəsində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri və yol kənarında quraşdırılmış qaz sayğacı yanıb. Digər avtomobil yanğından mühafizə olunub.
Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.