Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 15 yaşlı oğlanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb. Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 15 yaşlı oğlanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

15 yaşlı oğlan sevdiyi qıza görə özünü asdı - Bakıda (Yenilənib 2)

Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 15 yaşlı oğlanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.


Faciənin baş verdiyi yerdə olan əməkdaşın verdiyi məlumata görə, özünü öldürən 15 yaşlı yeniyetmənin özündən başqa 1 bacısı və 1 qardaşı da var. Teymur isə evin ən balaca uşağı olub.

Yay tətili olduğundan o, evlərindən bir qədər aralıda Dadaş adlı çilingərin yanında köməkçi işləyirmiş. 1 aya yaxındır namaz qılmağa başlayıb. Hadisə günü də günorta yeməyini yeyib, namazın qılıb. Anasına deyib ki, yarım saatlıq sexə gedib qayıdacaq. Bundan sonra ondan xəbər gəlməyib. Meyiti evə gətirilən zaman onun cibində məktub olub.

15 yaşlı Teymurun meyiti doğulduğu İmişli rayonuna aparılıb. Bu gün onun 3 mərasimi keçirilir.

Qeyd edək ki, Teymur bu il Sabunçu rayonunda yerləşən 113 saylı orta məktəbin 8-ci sinfini bitirib. Onun həmin məktəbdə oxuyan bir qızı sevdiyi bildirilir.

Qonşuların sözünə görə, Teymur çox tərbiyəli, böyük-kiçik yeri bilən uşaq olub: "Onların ailəsi də normal olub. Qardaş-bacısı da onun kimi olub. Heç vaxt onun bu cür hərəkət edəcəyinə inanmazdıq".

Lent.az

***
12:38
Bakının Sabunçu rayonunda baş verən intihar hadisəsi ilə bağlı bir sıra təfərrüatlar məlum olub.

İlkin araşdırma zamanı avtomobil təmiri sexində özünü asaraq intihar edən gəncin sevdiyi qıza görə özünü öldürdüyü məlum olub. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

APA.az

***
12:13
Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Kürdəxanı qəsəbəsi D.Vasif küçəsi ev 113 ünvanında yerləşən avtotəmir sexində çalışan 2001-ci il təvəllüdlü Teymur Həsənli özünü tavandan trosla asaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Report.az