Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkirdə qəza - Ər və arvad ağır yaralandı

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Rayon sakini, 1958-ci il təvəllüdlü Natiq Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olarkən "Hundai" markalı avtomobillə toqquşub. Zərbənin gücündən hər iki avtomobil deformasiyaya uğrayıb. Nəticədə "VAZ-2107"-nin sürücüsü və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Günel Məmmədova ağır bədən xəsarətləri alıblar.

Yaralılar şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, hər iki yaralının vəziyyəti orta ağır olaraq qalır.

Avtoqəzanın dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report.az