- Köhnə - Hadisə
- 3 Dekabr 2012 16:36
- 2 991
İtən 4 balıqçını helikopterlə axtarırlar

Bu gün Xəzərin Bakı sahillərində 4 balıqçı itkin düşüb. AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə dekabrın 2-də səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən 4 nəfərin balıq tutmaq məqsədi ilə mühərrikli qayıqla dənizə çıxması və geri qayıtmamaları barədə məlumat daxil olub.
Müraciət daxil olan kimi dərhal aidiyyəti qurumlar məlumatlandırılıb və Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunub.
AzNews.az