250 dustaq həbsxanadan qaçdı

Liviyanın Sebhe şəhərində 250 dustağın həbsxanadan qaçdığı bildirilib. Dustaqlar paytaxt Tripolinin 600 kilometrlik cənubunda yerləşən həbsxanadan təhlükəsizlik qüvvələrinin zəifliyindən istifadə edərək qaçıblar.

Ölkə parlamentinin bəzi millət vəkilləri dövlətin həmin bölgəyə xüsusi diqqət ayırmadığına görə, parlamenti boykot ediblər.

Tərlan
AzNews.az