- Köhnə - Hadisə
- 27 Oktyabr 2016 23:05
- 5 201
Bakıda binada yanğın baş verdi - 1 nəfər öldü
Bakıda yanğın hadisəsi qeydə alınıb.
AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik şitində baş verib.
Nəticədə 1 ədəd elektrik açarı yanıb. Yanğın zamanı 1 nəfər bina sakini tüstüdən yüngül zəhərlənib və Təcili Tibbi Yardım Xidməti tərəfindən ona yerində ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub.