Astara rayonunda 15 yaşlı qız özünü ov tüfəngi ilə güllələyib. Astara rayonunda 15 yaşlı qız özünü ov tüfəngi ilə güllələyib.

15 yaşlı qız özünü güllələdi - “Tüfəngi göbəyindən aşağı tuşlayıb”

Astara rayonunda 15 yaşlı qız özünü ov tüfəngi ilə güllələyib.


AzNews.az xəbər verir ki, Şümrüd kənd sakini Qızılgül Əliyeva güclü qanaxma ilə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onu həyata qaytarmaq mümkün olub.

Şümrüd kənd icra nümayəndəsinin sədri Balakişi Rəhmanov AzNews.az-a açıqlamasında hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib: "Qızılgülün ailəsində ovçu olub. Buna görə də evdə ov tüfəngi olub. Qız həmin tüfəngi göbəyindən aşağı tuşlayıb. Vaxtında xəstəxanaya çatdırıblar. Hazırda xəstəxanada müalicə olunur, səhhəti yaxşıdır. Yəni daha ölüm təhlükəsi yoxdur".

Balakişi Rəhmanov Qönçə Əliyevanın normal bir ailədə tərbiyyə aldığını deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az