- Köhnə - Hadisə
- 4 Dekabr 2016 10:10
- 3 238
Cəlilabadda ev yanıb
Cəlilabadda 3 otaqlı ev yanıb.
AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Cəlilabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 88 m² olan 3 otaqlı evin mətbəxinin tavanı 36 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.