- Köhnə - Hadisə
- 4 Dekabr 2016 21:40
- 3 642
Ağır yol qəzası baş verdi,ölənlər var
Xaçmazda ağır yol qəzası baş verib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Qəndob-Yalama yolunun 29-cu km-də baş verib.
İlkin məlumata əsasən, "VAZ 2106" və "VAZ 21015" minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, daha 2-si xəsarət alıb. Ölənlərdən birinin polis mayoru olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.