Azərbaycanda xəstəyə istənilən formada düzgün diaqnoz qoya bilməyən həkim işlədiyi müəssisənin kollegiyasının təklifi ilə cinayət məsuliyyətinə cəlb olunacaq. Azərbaycanda xəstəyə istənilən formada düzgün diaqnoz qoya bilməyən həkim işlədiyi müəssisənin kollegiyasının təklifi ilə cinayət məsuliyyətinə cəlb olunacaq.

Həkimlər cəzalandırılacaq

Azərbaycanda xəstəyə istənilən formada düzgün diaqnoz qoya bilməyən həkim işlədiyi müəssisənin kollegiyasının təklifi ilə cinayət məsuliyyətinə cəlb olunacaq.



Milli Məclisin Sosial siyasət komitəsindən verilən məlumata görə bu, hazırda üzərində iş gedən "Pasiyent hüquqları haqqında" qanun layihəsində nəzərdə tutulur.

Qanuna görə, təkcə yanlış müalicə aparan və ölümdə səbəbkar olan həkimlər yox, ilkin diaqnozda səhvə yol verən həkimlər də cinayət məsuliyyətinə cəlb olunacaqlar. Xəstəyə dəymiş zərərə görə müvafiq tibb müəssisəsi maddi təzminat da ödəyəcək.

Qeyd olunan qanuna uyğun olaraq Cinayət və İnzibati Xətalar məcəllələrində də dəyişikliklər olacaq. Qanun qüvvəyə mindikdən sonra hadisə baş verən müəssisədə həkimlərin konsiliumu və ya kollegiyası müvafiq qərara gələcək və bundan sonra həkim səhvi ortaya çıxırsa, bu səhvə uyğun olaraq hüquq mühafizə orqanları müvafiq qərar qəbul edəcəklər.

Qeyd edək ki, komitənin iclaslarında bir neçə dəfə müzakirə olunan sənədin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.


Aznews.az