Türk diplomatın qızının müəammalı intiharı – Təfərrüatlar

Türk diplomatının 15 yaşlı qızı Şəvval Günlerin intiharının bəzi təfərrüatları məlum olub.


Bakı Türk Anadolu Litseyinin nümayəndəsi Mahmud Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, Şəvval Günlerin intiharı ilə bağlı mətbuatda yazılanlar həqiqəti əks etdirmir:

"Şəvval məktəbdə bir günlük cəza alıb. Onun məktəbdən uzaqlaşdırlması ilə bağlı səslənən fikirlər əsassızdır. Onun ailəsində hər hansı problemin olmasından da xəbərsizik. Hazırda istintaq gedir."

Mahmud Məmmədov qeyd edib ki, Şəvval Günler özünə qapalı qız olub:

"Tələbə yoldaşları və onu tanıyan dostları ifadə verdilər. Bildirdilər ki, o, nə şən, nə də dəcəl tələbə olmayıb. Sakit, öz aləmində biri olub. Həmişə özünə qapalı olub."

Nəsimi rayonu Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında intihar hadisəsi qeydə alınıb. Şəvval Günler Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edib. Onun atası Arslan Günler Türkiyənin Azərbaycandakı səfirliyində müşavir vəzifəsində çalışır.