Bu gün “Binə” ticarət mərkəzində bir neçə ticarətçi həbs olunub Bu gün “Binə” ticarət mərkəzində bir neçə ticarətçi həbs olunub

“Binə”də yeni həbs dalğası başladı

Bu gün “Binə” ticarət mərkəzində bir neçə ticarətçi həbs olunub



Bazar çalışanlarından "musavat.com"a verilən məlumata görə, onları məlum aksiya zamanı polisə daş atdıqlarına görə saxlayıblar. Onların sözlərinə görə, saxlanılan şəxslər təhlükəsizlik kamerası ilə müəyyən edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bununla bağlı açıqlamasında bildirib ki, bu gün kimlərinsə saxlanılması barəsində xəbərsizdir. O hazırda "Binə" olayları ilə bağlı istintaq tədbirlərinin davam etdirildiyini qeyd edib: "Kiminsə aparılan istintaq tədbirlərinə cəlb olunması o demək deyil ki, həmin şəxs həbs olunur".